AZ

Lukaşenko Rusiya ilə vətəndaşların xaricdəki təqiblərdən qorunması haqqında sazişi təsdiqləyib

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyası ilə vətəndaşların xaricdəki təqiblərdən qorunması haqqında saziş layihəsini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, müqavilənin predmeti vətəndaşların, o cümlədən indiki və ya keçmiş vəzifəli şəxslərin üçüncü şəxslərin əsassız təqibindən müdafiəsi olacaq. Saziş layihəsi beynəlxalq məhkəmə orqanlarının və digər beynəlxalq cinayət ədaləti mexanizmlərinin siyasiləşdirilməsi nəzərə alınmaqla hazırlanıb.

Seçilən
28
nocomment.az

1Mənbələr