Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, Sahibə Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub.
Rusiya dövlət başçısının müvafiq fərmanı hüquq-informasiya portalında dərc olunub.