Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın yaşamaq hüququ təsbit olunub – cinsindən, peşəsindən, vəzifəsindən və s. asılı olmayaraq. Ancaq nə işdirsə, son bir neçə onillikdə Azərbaycanda bəzən nəinki insanların yazdığı qanunlar, hətta təbiət qanunları da düz-əməlli işləmir...
Məsələn, “ölüm haqdır”, “heç kim qismətdən artıq yaşaya bilməz” və s. kimi əsrlər boyu adət etdiyimiz anlayışlar sanki iri ranqlı sabiq və indiki bir çox iri məmurlar, nazirlər, komitə sərdrləri, deputatlar və s. üçün keçərli deyil. Bu adamlara nəinki adi qanunlar, təbiət qanunları da “batmır”!
Son statistika Azərbaycanda xüsusilə də kişilərin 50.4 faizinin, yəni, yarsından çoxunun(!) 65 yaşına çatmamış, pensiya belə almamış dünyasını dəyişdiyini deyir. Dəhşətli statistikadır! Amma bunu iri məmurlara qətiyyən şamil etmək olmaz. Görünür, bu kişilər o kişilərdən deyil... Maraqlıdır, nədən iri məmurlar əsasən yaşı 90-ı haqlamamış dünyasını dəyişmir, sadə vətəndaş isə “nakam” gedir? Əlbəttə, böyük ölçüdə ritorik sual və yanaşmadır. Lakin hər halda, bu sual ölkə vətəndaşını, xüsusilə də sağlamlıq, dolanışıq dərdi çəkən vətəndaşı ciddi maraqlandırır...
