Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın " Dostluq " ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı. Rusiya və Azərbaycan arasında münasibətlər hələ tam yoluna girməyib. Biz hələ də Moskvadan təyyarə olayı ilə bağlı istədiyimizi ala bilməmişik. Ancaq bir yanda rus dilini müdafiə edənlər ziyalılar, bir yanda Ukraynada Rusiyanın və Trampın qalib gəlməsini arzu edib Zelinkini tənqid edənlər siyasilər, bir yanda da Rusiyadan orden alan parlament sədri. Hərçənd ki, mən xanım spikeri hələ 2019 - da, prorektoru olduğu Bakı Slavyan Universitetində Primakov kimi cəllada inşa müsahibəqəsi keçirərkən tənqid etmişdim. Birdə bu tənqidə qayıtmaq istəmirəm. O Primakova ki əli Bakıda Azərbaycan xalqının qanına batmışdı, nəvəsinin rəbərlik etdiyi təşkilatın Bakıda yaratdığı Rus evi də bir neçə gün əvvəl iti qovan kimi rədd edildi.
Zeynal Əmrəliyev