AZ

"BU TƏQAÜDLƏR 14 FAİZ ARTIRILIB..." - "Nazirlər Kabineti təklif hazırlayır"

"Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir".

"AzPolitika" xəbər verir ki, bu barədə iqtisadçı, deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, "Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 

"2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb", - iqtisadçı əlavə edib

"Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaud artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb", - o, bildirib.

V.Bayramovun sözlərinə görə digər bir sıra təqaüdlərdə artımlar ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır: "Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq".

"AzPolitika.info"

Seçilən
55
11
azpolitika.info

10Mənbələr