AZ

AFFA ruslara razılıq vermədi

Futbol üzrə Rusiya milli komandası yoldaşlıq oyunu keçirmək üçün növbəti rəqibini tapıb.

Offsideplus.az xəbər verir ki, şimal qonşularımız martın 19-da Qrenada yığması ilə mübarizə aparacaqlar. Oyun Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

Mətbuatda yayılan məlumata görə, rəqib axtarışları zamanı ruslar AFFA-nın rəhbərliyi ilə də əlaqə saxlayıblar. Lakin həm Azərbaycan, həm də Tanzaniya ilə yoldaşlıq matçı təşkil etmək cəhdləri uğursuz alınıb.

Məcburiyyət qarşısında alan Rusiya komandası FIFA reytinqində 174-cü yerdə qərarlaşan Qrenadanı seçiblər.

Martın 25-də isə Zambiya yığması ilə görüş baş tutacaq.

Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Rusiyanın bütün futbol komandaları FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb.

Seçilən
68
2
busaat.az

3Mənbələr