Rusiya hava hücumundan müdafiə qüvvələri Belqorod vilayəti üzərində bir Ukrayna pilotsuz uçan aparatını və Kursk vilayəti üzərində bir Ukrayna pilotsuz təyyarəsini məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Moskva vaxtı ilə saat 15:20-dən 15:40-a qədər Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – idarənin açıqlamasında deyilir.
Ukraynanın hücumları nəticəsində dağıntılar barədə məlumat verilmir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin martın 10-na keçən gecə Rusiya regionları üzərində 9 Ukrayna pilotsuz təyyarəsini məhv etdiyini bildirmişdi.