Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
reportyor.tv xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Zelenski Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşəcək.
Qeyd edək ki, Ər-Riyadda ABŞ və Ukrayna nümayəndələrinin görüşü keçiriləcək. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp həmin görüşdən gözləntilərini açıqlayıb. O, yaxşı nəticə əldə ediləcəyinə inandığını bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta