Rusiya ordusu Kursk vilayətində daha üç yaşayış məntəqəsini Ukrayna qoşunlarından geri alıb. Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi belə məlumat yayıb. Açıqlamada bildirilir ki, “Şimal Hərbi Qrupu” birliklərinin hərəkətləri nəticəsində bölgədəki Malaya Loknya, Çerkasskoye Poreçnoye və Kositsa yaşayış məntəqələri azad edilib. Məlumata görə, bölgədə Rusiya və Ukrayna əsgərləri arasında qarşıdurmalar davam edir. Açıqlamada qeyd olunub ki, Ukrayna ordusu Kursk istiqamətində ümumilikdə 66270 əsgər, 389 tank, 300-dən çox piyada döyüş maşını, 269 zirehli transportyor və 2173 zirehli texnika itirib. Qeyd edək ki, Ukrayna ordusu əks hücuma keçərək, Rusiyanın Kursk əyalətində bir sıra əraziləri işğal edib.