AZ

“Kəpəz” klubunun futbolçusu mükafatlandırılıb

Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Kəpəz” klubunun futbolçusu Turan Manafov mükafatlandırılıb.

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu birinci qol ən yaxşı seçilib.

Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafat XXVI turun "Sumqayıt" - "Kəpəz" oyunundan əvvəl təqdim edilib.

"Cebheinfo.az"

Seçilən
50
4
cebheinfo.az

5Mənbələr