AZ

Paşinyan keçmiş prezidentləri "yarımcan" adlandırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində ölkənin keçmiş prezidentləri Serj Sarqsyanı və Robert Koçaryanı "yarımcan" adlandırıb.
Oxu.Az NEWS.ru-ya istinadla xəbər verir ki, bununla da baş nazir keçmiş prezidentlərin 2018-ci ildə N.Paşinyanın hakimiyyətə gəlməsində kimin təqsirkar olması barədə müzakirələrinə qoşulub.
"İki yarımcan şəxs öz ətrafı ilə kimin məni hakimiyyətə gətirdiyinə dair mübahisə edərək, bir-birindən həqiqəti deməyi tələb edir. Bəs bu seçki fırıldaqçılarını və qəsbkarlarını hakimiyyətə kim gətirib?" , - deyə o bildirib.
Seçilən
41
3
oxu.az

4Mənbələr