AZ

“İnter”in liderləri problemlə üzləşdi: ÇL matçını buraxacaqlar?

“İnter”in hücumçusu Lautaro Martinez və müdafiəçisi Stefan de Vriy UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Feyenoord”a qarşı cavab oyununu buraxa bilərlər.

Publika.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

Hər iki oyunçu əzələ yorğunluğundan əziyyət çəkir və buna görə də bu gün komanda ilə tam məşq edə bilməyib. “Neradzurri”nin baş məşqçisi Simone İnzaqi “Atalanta” ilə oyunda onlara istirahət vermək və meydançaya çıxarmaq niyyətindədir.

Qeyd edək ki, “İnter”in yarımmüdafiəçisi Pyotr Zielinski də təqribən 2 aylıq sıradan çıxıb.

Seçilən
24
publika.az

1Mənbələr