AZ

Trampdan heç bir məktub gəlməyib -

ABŞ Prezidenti Donald Trampdan bizə heç bir məktub gəlməyib. Metbuat.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi belə açıqlama verib. Trampın İranın ali dini lideri Ayətullah Əli Xameneiyə göndərdiyi iddia edilən məktubla bağlı suala Bekayi, “Bizə heç bir məktub gəlməyib” - deyə cavab verib. Bekayi ABŞ ilə danışıqların mümkünlüyü ilə bağlı bildirib ki, Vaşinqton tərəfinin danışıq və müharibə kimi ikili siyasətdən istifadə etməsi onların danışıqlarda ciddi olmadığını göstərir.

Onun sözlərinə görə, İran heç vaxt belə danışıqlara girməyib və təzyiq altında danışıqların aparılması mənasızdır. Bekayi bəyan edib ki, İran real və doğru danışıqlar apara bilər.

Seçilən
29
metbuat.az

1Mənbələr