AZ

Vaqif Cavadov: "Son aylar çətin vəziyyətdə idik"

"Vacib oyunlardan biri idi, futbolçular bunu dərk edirdi".

Demokratikmusavat.com Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis qələbəyə görə futbolçularını təbrik edib: "Son aylar çətin vəziyyətdə idik. Vacib oyunlardan biri idi, futbolçular bunu dərk edirdi. Gözəl oyun və 3 xala görə komandanı təbrik edirəm. Rəqibə gəldikdə, Azər Bağırov yaxşı komanda formalaşdırıb, ona uğurlar arzulayıram. İnanıram ki, bu mövsüm istədikləri nəticəni əldə edəcəklər".

O, komandasında birlik olduğunu deyib: "Gənc məşqçiyəm, səhvlərim ola bilər. Komandanı çətin durumda götürəndə də gənc idim. Bu vəziyyətə düşməlisənki, qalxmağı da biləsən. Özümdə bu gücün olduğuna inanıram, öz üzərimdə çalışmağa davam edəcəm, komanda da bunu dərk edir. Baxmayaraq ki, son oyunlar məğlub olurduq, qol vura bilmirdik, komandada birlik var. Başımızı aşağı salıb, az danışıb, növbəti oyunlara hazırlaşacayıq".

Vaqif Cavadov klub rəhbərliyinin ona inandığını bildirib: "Birincisi məşqçi işi elədir ki, hər an hazır olmalısan. İkincisi məşqçiyə inam olmalıdır. Rəhbərlik və komandamdan inam olduğu üçün bu günə kimi klubun sükanı arxasındayam".

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
18
4
Demokratikmusavat.com

5Mənbələr