AZ

Karyerasını İngiltərədə davam etdirə bilər

“Mançester Siti”nin adı mətbuatda Madrid “Real”ının yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə hallanır.

Futbolpress.az xəbər verir ki, jurnalist Florian Plettenberqin məlumatına görə, “şəhərlilər” 22 yaşlı oyunçunu transfer hədəfləri siyahısına daxil edib.

Kamavinqanın meneceri Stellar “Mançester Siti” ilə yaxın münasibətlərə malikdir və bu yaxınlarda Ömər Marmuşun ingilis klubuna transferinə vasitəçilik edib.

Eyni mənbə yazır ki, Kamavinqa bu yay Madrid klubundan ayrılıb-ayrılmayacağına hələ qərar verməyib.

Onun klub ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına kimidir.

Seçilən
41
futbolpress.az

1Mənbələr