AZ

Tanınmış müxalifətçi Tofiq Yaqubluya 9 il cəza verilib

Azərbaycanda tanınmış müxalif siyasətçi Tofiq Yaqublu 9 il müddətinə həbs edilib.

Belə qərarı Bakı Ağır Cinayətlər Məhkəməsi verib.

Videonu YouTube kanalımızda izləyin.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.

O, "dələduzluq" və "saxta sənəd hazırlama və istifadə etmə" maddələri ilə ittiham olunub.

Cinayət işində onun Almaniyaya getmək istəyən bir şəxsdən digər şəxs vasitəsilə pul aldığı iddia olunub.

İttihamları qəbul etməyən Tofiq Yaqublu həbsini "siyasi sifariş" hesab edir.

64 yaşlı siyasətçi məhkəmə boyunca təqsirsiz olduğunu sübut etdiyini bildirib, media yazır.

Yaqublu 2020-ci ildə "xuliqanlıq" və digər maddərlə ittiham olunaraq 4 il 3 ay müddətinə həbs edilib. Həmin vaxt məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirdikdən sonra Yaqublu barəsindəki həbs qərarı ev dustaqlığı ilə əvəzlənib.

O, 2013-cü ildə isə İsmayıllıda "kütləvi iğtişaşların təşkilində" ittiham olunaraq 5 illik müddətə həbs olunub və sonradan əfv sərəncamı ilə azad edilib.

Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.

Seçilən
67
bbc.com

1Mənbələr