AZ

“İnter”in iki futbolçusu Çempionlar Liqasının cavab oyununu buraxacaq

İtaliyanın “İnter” komandası Çempionlar Liqasının 1/8 final mərhələsinin “Feyenoord”la cavab oyununa itkilərlə çıxacaq.

AZƏRTAC xəbər verir ki, Milan klubunun hücumçusu Lautaro Martines və müdafiəçisi Stefan de Vrey həmin görüşdə iştirak etməyəcəklər. Hər iki oyunçu ayaq əzələsinin yorğunluğundan əziyyət çəkir.

Komandalar arasında ilk matç “İnter”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, cavab oyunu martın 11-də baş tutacaq.

Seçilən
48
1
yeniazerbaycan.com

2Mənbələr