Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının dəvəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Akademiyaya səfər edib.
Newscenter.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Xoreoqrafiya Akademiyasının rektoru Şuxrat Tuxtasinov arasında keçirilən görüşdə iki ölkə arasında mədəniyyət və incəsənət, təhsil, elm və təcrübə mübadiləsi kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Görüşün sonunda tərəflər milli rəqs sənəti sahəsində əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, ustad dərslərinin keçirilməsi, musiqi sənəti, milli mədəni irs və incəsənət sahəsində iki ölkənin müvafiq qurumları arasında birgə layihələrin həyata keçirilməsi üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi barədə razılığa gəliblər.
Süleyman