AZ

Xalq artistini sevgilisi olduğu deyilən məmurun arvadı onu döyüb? - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva illərdir onun haqda gəzən şaiyələr barədə ilk dəfə olaraq açıqlama verib.

 

Xalq artisti bu barədə "Kanal S"-də Ülvira Qarayevanın aparıcısı oduğu verilişdə danışıb.

 

Söhbət Nazpəri Dostəliyevanın məmurlardan biri ilə sevgili olması və həmin vəzifəli şəxsin həyat yoldaşı tərəfindən müğəninin döyülməsi şaiyələrindən gedir.

 

Bu barədə illərdir ki, söz-söhbət gəzsə də,müğənni heç vaxt buna reaksiya verməmişdi:

 

"Haqqımda çox şaiyələr yayılıb.Deyirlər ki,guya hansısa şəxslə mənim əlaqəm olub. Onun xanımı "Moskva Univermağı"nda məni döyüb.Bunları eşidirdim,ayağımın altından yer qaçırdı.Bunu yayan bəzi sənət adamları şaiyələri bilərəkdən yayırdılar..." - deyə müğənni bildirib. /"Yeni Sabah"

 

 

Tarix: 11 Mart 2025, 00:57   
Seçilən
85
6
pravda.az

7Mənbələr