AZ

İlon Mask Zelenskini niyə hədələyir? - ŞƏRH

"İlon Maskın hədəsi Ukraynaya növbəti təzyiq vasitəsidir. O, bu fikri səsləndirməklə Ukrayna prezidentini bəzi güzəştlərə getməyə vadar etmək istəyir".

Demokratikmusavat.comxəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov amerikalı milyarder İlon Maskın Ukraynanı və onun ordusunu rabitə-peyk sistemilə təmin edən "Starlink" sistemini bağlayacaqları ilə bağlı fikrini şərh edərkən deyib.

"Artıq "Starlink"lə bağlı İlon Mask və ABŞ rəhbərliyi ümumi razılığa gəlib. Ukrayna üçün bu sistem fəaliyyətini davam etdirəcək. Qarşıdakı iki gündə Səudiyyə Ərəbistanında Kiyevlə Vaşinqton arasında vacib məsələlər müzkirə olunacaq. ABŞ dövlət katibi, Tramp və Maskın özü də sonradan bəyan ediblər ki, "Starlink” mövzusu qapadılır", deyə Üzeyir Cəfərov bildirib.

Ekspert qeyd edir ki, "Starlink" olmasa, Ukrayna böyük çətinliklərlə üzləşə bilər: 

"Amma Kiyev "Starlink"in əvəzlənməsilə bağlı operativ işlər həyata keçirir. Bu işdə Türkiyə və digər ölkələr ona yardım edir. Ona görə də artıq həmin məsələnin həllini tapdığını demək olar".

Həmsöhbətimiz bildirir ki, belə bir cəhdə əl atılması Maskın özü üçün böyük itkilərə səbəb olacaqdı:

"Son günlər onun gəlirləri 100 milyard dollara qədər azalıb. Çünki bəzi bəyanat və addımları, Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının, həkim və müəllimlərin ixtisara salınması ABŞ-da müəyəyn etirz aksiyalarının alovlanmasına səbəb olub. Bir sözlə, spontan başlayan bu kimi qərarlara  son veriləcək".

 

Qeyd edək ki, dünyaca məşhur "SpaceX" şirkətinin rəhbəri İlon Mask Ukrayna müharibəsi ilə bağlı sensasion açıqlama verib. O, Ukrayna ordusunun rabitə sisteminin tamamilə "Starlink” peyk internetinə əsaslandığını bildirib. Maskın sözlərinə görə, əgər bu sistem dayandırılarsa, Ukrayna ordusunun cəbhə xətti tamamilə dağılacaq. 

 

"Əgər mən "Starlink"i söndürsəm, onların bütün cəbhə xətti çökər. Ukraynanın cəbhədəki bütün koordinasiya və rabitə imkanları "Starlink"ə bağlıdır. Bu, müharibə strategiyasının əsas elementidir. Uzun illərdir bu çıxılmaz vəziyyətdə qan tökülməsindən bezmişəm. Ukrayna bu vəziyyətdən qaçılmaz şəkildə məğlub çıxacaq", deyə Mask vurğulayıb. 

 

Son məlumatlara görə, ABŞ hələlik Ukrayna üçün "Starlink"i sönədürmək fikrindən vaz keçib. 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
23
5
Demokratikmusavat.com

6Mənbələr