AZ

“Santos” məğlub oldu, Neymar isə kefindən qalmır

Neymar buraxdığı matçdan bir neçə gün əvvəl karnavala qatılıb.

Publika.az xəbər verir ki, “Santos” Paulista Liqasının yarımfinalında “Korintians”a 1:2 hesabı ilə uduzaraq turnirdən kənarlaşdırılıb. Neymar matçı ehtiyat oyunçular skamyasında keçirib və cümə axşamı “narahatlıq hiss etdiyini” izah edib.

Amma iddia edilən zədədən iki gün əvvəl forvard həyat yoldaşı və dostları ilə Rio-de-Janeyroda keçirilən karnavalda iştirak edib. “Estadao” yazır ki, futbolçu gecə saatlarına qədər samba məktəbinin çıxışlarına baxıb.

Seçilən
40
publika.az

1Mənbələr