Bakı. Trend:
ABŞ administrasiyası Ukraynanın 2014-cü il sərhədlərinəqayıtmasının son dərəcə çətin olduğunu hesab edir.
Trend xəbər verirki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio SəudiyyəƏrəbistanına səfəri zamanı jurnalistlərə açıqlama verib.
“Düşünürəm ki, hər iki tərəf bu vəziyyətin hərbi həllininolmadığını anlamalıdır”, – deyə Rubio bildirib. Onun sözlərinəgörə, “Ukraynanın Rusiya qüvvələrini 2014-cü il sərhədlərinə geriçəkməsi real müddətdə olduqca çətin görünür”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında martın 11-də ABŞ-Ukraynadanışıqlarının keçirilməsi planlaşdırılır. Danışıqlarda ABŞ-dənMarko Rubio, Prezidentin milli təhlükəsizlik üzrə müşaviri MayklUolts və xüsusi elçi Stiven Uitkoff, Ukraynadan isə PrezidentAparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sibihavə müdafiə naziri Rustem Umerov iştirak edəcək.