AZ

Almaniyanın 13 aeroportunda tətil elan edildi -VİDEO

Almaniyanın 13 hava limanında əməkdaşlar birgünlük tətil elan ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aeroport işçiləri maaşlarının artırılmasını  tələb edirlər.

 

Tətil səbəbindən gün ərzində təqribən 3500 reys ləğv ediləcək. Bu isə 500 mindən çox sərnişinə təsir edəcək. 

 

Aksiya Frankfurt, Berlin, Bremen, Köln, Dortmund, Düsseldorf, Hamburq, Hannover, Leypsiq, Münhen və Ştutqart kimi şəhərlərdə keçirilir. 

 

Almaniyanın Aviasiya Sənayesi Federal Assosiasiyası əməkdaşların tətilini qəbuledilməz adlandırıb.

Seçilən
25
4
senzor.az

5Mənbələr