AZ

Starmer yeni Ukrayna sammiti keçirir:KOALİSİYA YARADILACAQ?

Böyük Britaniyanın Baş naziri Keyr Starmer onlayn rejimdə Ukrayna ilə bağlı yeni beynəlxalq sammit keçirəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Britaniya hökuməti başçısının nümayəndəsi məlumat yayıb.

 

Bildirilib ki, virtual sammit martın 15-də baş tutacaq və martın 2-də Londonda Starmerin ev sahibliyi etdiyi görüşün davamı olacaq.

 

Qeyd edək ki, martın 2-də Londonda Ukraynaya yardımla bağlı 18 dövlət və assosiasiyanın nümayəndələrinin iştirak etdiyi sammitdən sonra Starmer Kiyevi dəstəkləmək üçün koalisiya yaratmağa çalışacağını bildirmişdi.

Seçilən
19
1
senzor.az

2Mənbələr