AZ

Zelenski Səudiyyə Ərəbistanının vəliəhdi ilə etibarlı sülhün şərtlərini müzakirə etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman Al Səud ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Zelenski Telegram” səhifəsində məlumat verib.

"Məhəmməd bin Salman Al Səud ilə müharibəyə son qoyacaq, sülhü etibarlı və uzunmüddətli edə biləcək addımları və şərtləri ətraflı müzakirə etdik. Xüsusilə, əsirlərin azad edilməsi və uşaqların geri qaytarılması məsələsini qeyd etdim ki, bu, diplomatik səylərə etimadın yaradılması üçün əsas tədbirlərdən birinə çevrilə bilər. Söhbətin əhəmiyyətli hissəsi təhlükəsizlik təminatlarının formatlarına həsr olunub", - deyə Zelenski bildirib.

Zelenski qeyd edib ki, tərəflər gündəlikdəki bütün əsas məsələləri - həm ikitərəfli, həm də digər tərəfdaşlarla müzakirə ediblər. Prezident vurğulayıb ki, Səudiyyə Ərəbistanı diplomatiya üçün çox mühüm platforma təqdim edir.

O, Səudiyyə Ərəbistanı vəliəhdindən Ukraynanın gələcəyinə inam sözləri eşitməyin Ukrayna üçün vacib olduğunu bildirib:

Seçilən
12
4
publika.az

8Mənbələr