Amerikanın elektrik avtomobil istehsalçısı Tesla 2025-ci ildə özünün flaqman modeli olan Model S liftback-in yenilənmiş modifikasiyasını təqdim etməyi planlaşdırır..
Poliqon xəbər verir ki, bu barədə Drom.ru nəşri məlumat yayıb.
İddia olunur ki, modelin yalnız üslubu dəyişəcək - kuzovun ön və arxa hissələrinin dizaynı modernləşdiriləcək. Onun texniki tərəfi eyni qalacaq.
Qeyd edək ki, Tesla Model S 2012-ci ildən istehsal olunur. Elektrik avtomobili 2016, 2019 və 2021-ci illərdə hərtərəfli təkmilləşdirmələrdən keçib. Hazırda Model S yalnız ABŞ-ın Kaliforniya ştatında istehsal olunur.
Tesla daha əvvəl Model 3 və Model Y modellərində böyük təkmilləşdirmələr aparmışdı.
Əsas bazarda Model S hazırda yalnız tam ötürücülü - iki və ya üç dartma mühərriki ilə təklif olunur. Birinci halda ümumi güc 670 at gücünə, ikincidə 1020 at gücünə malikdir.
Poliqon.info