Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin bəyanatında bildirilib.
Martın 10-da Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Azərbaycanın daimi missiyası bəyanat təqdim edib. Bəyanatda Azərbaycan hökumətinin fiziki məhdudiyyətli qadınların ictimai həyata inteqrasiyasına, o cümlədən sosial müdafiə, reabilitasiya və fiziki məhdudiyyətli şəxslərin xüsusilə kənd yerlərində, ixtisaslarının artırılması və əmək imkanlarının yaxşılaşdırılmasına yönəlmiş proqramlara xüsusi əhəmiyyət verdiyini qeyd edilib.
Azərbaycan həmçinin öz ərazisində mina çirklənməsinin yüksək səviyyəsi ilə bağlı narahatlığını ifadə edib, əhalinin böyük bir hissəsinin keçmiş işğal olunmuş ərazilərdə erməni qüvvələri tərəfindən yerləşdirilmiş minalardan əziyyət çəkdiyini vurğulayıb.
“Mina çirklənməsi və Ermənistanın dəqiq mina sahələri xəritələrini təqdim etməkdən imtina etməsi qadınlar və uşaqlar da daxil olmaqla insanların həyatını almağa və şikəst etməyə davam edir”, – iclasda oxunmuş bəyanatda deyilib.
Rəsmi Bakı beynəlxalq ictimaiyyəti bu ərazilərin minalardan təmizlənməsində dəstək göstərməyə çağırıb və xüsusi məruzəçidən mina qurbanları probleminə diqqət yetirməsini xahiş edib.
10Mənbələr
-
olaylar.azAzərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı ( 15962751)
-
hokm.azAzərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı ( 15960765)
-
7news.azAzərbaycan BMT İHŞ-nin sessiyasında minaların fiziki məhdudiyyətlilərə təsiri ilə bağlı narahatlığını bildirib ( 15959967)
-
sitat.infoAzərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı ( 15959181)
-
konkret.azAzərbaycan BMT İHŞ-nin sessiyasında bu məsələ ilə bağlı narahatlığını bildirdi ( 15957071)
-
demokrat.azAzərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı ( 15956993)
-
modern.azAzərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı ( 15956789)
-
bakivaxti.azAzərbaycan BMT İHŞ-nin sessiyasında minaların fiziki məhdudiyyətlilərə təsiri ilə bağlı narahatlığını bildirib ( 15955533)
-
publika.azAzərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı ( 15955545)
-
buta.tvAzərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı ( 15955475)