Tanınmış yazıçı Elçin Hüseynbəylinin "Şah Abbas" romanı uşaqlar üçün dördüncü dəfə nəşrə hazırlanır. Bu barədə müəllif sosial şəbəkə hesabında paylaşım edərək kitabın yeni nəşrinin üz qabığını təqdim edib.
QHT.az xəbər verir ki, roman Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Şah Abbasın həyatı və fəaliyyəti haqqında uşaqlara uyğunlaşdırılmış maraqlı bir üslubda yazılıb. Kitabın üzərində "+10" işarəsinin olması onun 10 yaş və yuxarı uşaqlar üçün nəzərdə tutulduğunu göstərir. Yeni nəşrin üz qabığı müasir dizayn elementləri ilə işlənib və Şah Abbasın dövrünə aid tarixi obrazları özündə əks etdirir. Kitabın oxuculara nə zaman təqdim olunacağı barədə hələ ki, əlavə məlumat verilməyib.
Qeyd edək ki, Elçin Hüseynbəyli Azərbaycan ədəbiyyatında tarixi mövzulara xüsusi yer ayıran yazıçılardan biridir və onun "Şah Abbas" romanı uşaqlar üçün yazılmış mühüm əsərlərdən sayılır.
Pərvanə Fərhadqızı