AZ

İsrailin yeni səfirinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus vəzifəsinin icrasına iyulda başlayacaq.

Bu barədə “Azerbaijani-Israeli Alliance Global News”a diplomatik mənbədən bildirilib.

“İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus iyulun 28-də rəsmi olaraq vəzifəsinin icrasına başlamaq üçün Bakıya gələcək”, – portalın sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, yanvarın 12-də İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin olunmuşdu.

Report.az

Seçilən
19
4
qaziler.az

5Mənbələr