AZ

“Rusiyanı geri qayıtmağa məcbur etmək çətin olacaq” –ABŞ dövlət katibi

“Ruslar bütün Ukraynanı ələ keçirə bilməzlər, aydındır ki, Ukrayna üçün də rusları 2014-cü ildə olduqları yerə qayıtmağa məcbur etmək çətin olacaq. Odur ki, bu müharibənin yeganə həlli diplomatiya və mümkün olan yerdə onları danışıqlar masasına gətirməkdir”.

AzPost  bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio Ukrayna nümayəndə heyəti ilə görüş üçün Səudiyyə Ərəbistanına getməzdən əvvəl keçirdiyi brifinq zamanı deyib.

Dövlət katibi qeyd edib ki, fransızlar və ingilislər də son həftədə çox dəstək olublar: “Çox kömək etdilər, buna görə də hesab edirəm yaxşı görüş olacaq”.

Rubio bildirib ki, görüşdə Ukrayna ilə minerallarla bağlı hər hansı sənəd imzalanmayacaq: “Mineral sövdələşmə masa üzərindədir və onlar hələ də bunun üzərində işləyirlər. Bu söhbətin bir hissəsi deyil. Bu, şübhəsiz ki, prezidentin tamamlandığını görmək istədiyi bir razılaşmadır. Lakin bunun sabah baş verməsi mütləq deyil. Hələ işlənilməsi lazım olan çoxlu detallar var… Mən faydalı qazıntılarla bağlı sövdələşmənin olub-olmayacağı ilə bağlı əvvəlcədən mühakimə etməzdim. Məsələ bunda deyil – bu, vacib mövzudur, amma gündəmin əsas mövzusu deyil”.

Seçilən
20
azpost.info

1Mənbələr