Bakıda intihar hadisəsi baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 22 radələrində Xətai rayonu ərazisində qeydə alınıb.
1995-ci il təvəllüdlü Bakı şəhər sakini Məmməd Məmmədli kirayədə yaşadığı Xudu Məmmədov küçəsindəki evdə özünü asıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"