AZ

Türkiyədən Rusiyaya Uçan Təyyarə Təcili Litvaya Enib

BAKI,TurkicWorld

Türkiyədən Rusiyaya uçan təyyarə təcili olaraq Litvaya eniş edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Türkiyənin aviaşirkətinə məxsus İstanbul-Moskva reysi üzrə hərəkət edən təyyarə Belarus və Litva sərhədinə çatdıqda, qəfil olaraq Vilnüsdə eniş edib.

Təyyarənin planlaşdırılmamış enişi zamanı heç kim xəsarət almayıb.

Bundan əvvəl KİV-lər Airbus A330 təyyarəsinin kapitanının Smolenskə çatdıqdan sonra kursunu dəyişdiyini, daha sonra isə qəza siqnalı verərək yaxınlıqdakı şəhərə eniş üçün icazə istədiyini yazmışdılar.

Seçilən
62
50
turkic.world

10Mənbələr