AZ

Şirvanda oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar (FOTO)

Bakı. Trend:

Şirvan şəhəri ərazisində yerləşən obyektlərin birindən ümumidəyəri 5000 manatdan artıq olan metal avadanlıqların oğurlanmasıbarədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilənməlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindənkeçirilən tədbirlərlə faktı törətməkdə şübhəli bilinən DaşqınMütəllimov, İsmayıl Gözəlov və Əfqan Abbasov müəyyən olunaraqsaxlanılıblar.

Bildirilib ki, İ.Gözəlovun bir təsərrüfatdan iki baş xırdabuynuzlu heyvan oğurlaması da müəyyən edilib.

Eyni zamanda polis əməkdaşları tərəfindən Şirvan şəhəriərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşıkeçirilən tədbirlər nəticəsində isə Ramil Zeynalov, Azad Həsənov,Sahib Nuralıyev, Mirabbas Səfərov və Elcan Əmirovsaxlanılıblar.

"Onlardan müxtəlif çəkilərdə narkotik vasitə və psixotropmaddələr aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir",- deyə məlumatdaqeyd edilib.

Şirvanda
Şirvanda
Məqalədə:
Seçilən
15
5
az.trend.az

6Mənbələr