AZ

ABŞ-də soydaşımızın solo konserti və ustad dərsi olub (FOTO)

Bakı. Trend:

ABŞ-nin Arlinqton şəhərindəki Texas Universitetində azərbaycanlıpianoçu Fidan Ağayeva-Edlerin solo konserti və ustad dərsiolub.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin vəAzərbaycan-Amerika Musiqi Fondunun dəstəyi ilə baş tutub konsertdəTürkər Qasımzadə, Rəhilə Həsənova, Ayaz Qəmbərli, Firəngiz Əlizadə,Arnold Şönberq, Corc Kramb və Çaya Çernovinin əsərləri ifa edilib.soydaşımızın ifası tamaşaçılarda böyük maraq doğurub.

Bununla yanaşı, universitetin tələbələri üçün ustad dərsləri dəkeçirilib. Fidan Ağayeva-Edler öz zəngin təcrübəsi, bilik vəbacarıqlarını tələbələrlə bölüşüb. Bu dərslər gənclərin müasirfortepiano ifaçılığına dair dərin biliklər qazanmasına imkanyaradıb.

Qeyd edilib ki, Almaniyada yaşayan Fidan Ağayeva-Edler dünyapianoçuları arasında öz müasir ifaları və peşəkarlığı ilə seçilir,musiqisevərlərin rəğbəti ilə qarşılanır. O, Berlinin müasir musiqihəyatında aktiv fəaliyyət göstərməklə yanaşı, bəstəkarlarla da sıxəməkdaşlıq edir.

ABŞ-də
ABŞ-də
ABŞ-də
ABŞ-də
ABŞ-də
Seçilən
35
1
az.trend.az

2Mənbələr