Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında Strateji İqtisadi Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.
Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan-İspaniya biznes forumunda deyib.
O qeyd edib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 310 milyon dollar təşkil edib: “İspaniya Azərbaycanın və Avropa İttifaqının əsas iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətli imkanlar var”.
AZƏRTAC