Ölkəmiz növbəti beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçiriləcək.
AzadMedia.az xəbər verir ki, "Dünya Nizamının Yenidən Düşünülməsi: Çağırışların İmkanlara çevrilməsi" mövzusunda keçirilən forumda hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla 400-dən çox iştirakçının iştirakı gözlənilir.
2013-cü ildən başlayaraq, keçirilən Bakı forumu dünyada mövcud olan reallıqları açıq müzakirə meydanına gətirir. Aktual problemlərin həlli istiqamətində addımlar atılır, yeni ideyalar və təşəbbüslər irəli sürülür.
Heç şübhəsiz ki, bu məsələdə ölkəmizin regionda aparıcı aktora çevrilməsi də mühüm rol oynayır. Bu gün Azərbaycan təkcə beynəlxalq və regional təşkilatlarda üzv dövlət kimi təmsil olunmur. Yeni dünya düzəninin formalaşmasında, yeni qərarların qəbulunda və onların icra mexanizminin işə düşməsində iştirak edir. Ölkəmizin güc və inkişafının simvoluna çevrilən Qlobal Bakı Forumunda müxtəlif mövzular müzakirə olunur. Dünyada artan münaqişələr və onların həlli istiqamətində birgə diskussiyaların geniş tərkibdə təşkili Bakı platformasında xüsusi əhəmiyyət daşıyır
Qeyd edək ki, Qlobal Bakı Forumu da Davos Forumu Münxen Təhlükəsizlik Konfransı kimi mühüm platformadır.
Forumda həmçinin Albaniya, Şimali Makedoniya və Monteneqro Prezidentləri iştirak edəcəklər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta