AZ

Ceyhun Bayramov Bakı ilə Astana arasında iqtisadi əməkdaşlığın perspektivlərindən danışıb

Bakı. Trend:

2024-cü ilin yekunlarına görə Azərbaycan və Qazaxıstan arasındaikitərəfli ticarətin həcmi 500 milyon dollar təşkil edib.

Trend xəbərverir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri CeyhunBayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə Astanada keçirdiyibirgə mətbuat konfransında bildirib.

“300 milyon dollar ilkin kapitalı olan Qazaxıstan- Azərbaycanfondunun yaradılması ölkələrimiz arasında birgə institusiyonallayihələrin həyata keçirilməsinə əhəmiyyətli təsir göstərəcək.Bütün bu inkişafla yanaşı, dövlətlərimiz arasındakı münasibətlərinyüksək səviyyədə olmasını və aktiv siyasi dialoqu nəzərər alaraq,biz iqtisadi əməkdaşlığımızın potensialını tam olaraqgerçəkləşdirmək üçün səylərimizi mütləq artırmalıyıq”, -deyə obildirib.

C.Bayramovun sözlərinə görə, Azərbaycan Respublikasının ƏlətAzad İqtisadi Zonası və Qazaxıstanın müvafiq azad iqtisadi zonalarıda daxil olmaqla, sənaye və texnoloji parklar arasında əməkdaşlıqüçün geniş potensial mövcuddur.

“Daşınma və kommunikasiya sahəsinə gəldikdə isə, Orta Dəhlizinayrılmaz hissəsi olan beynəlxalq Transxəzər nəqliyyat marşrutuçərçivəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Bakı və Aktauarasında çəkilməsi planlaşdırılan və Rəqəmsal İpək Yolu layihəsininəsas hissəsini təşkil edən Xəzər dənizinin dibi ilə fiberoptikkabel magistralı layihəsi Azərbaycan və Qazaxıstan arasındakıəməkdaşlığın daha dinamik səciyyət almasına töhfə verəcək", - deyəAzərbaycanın xarici işlər naziri əlavə edib.

Məqalədə:
Seçilən
37
az.trend.az

1Mənbələr