AZ

Kapello: “Hakimlərin “Barselona”ya köməyi ilə bağlı şübhələr…”

“Real”ın keçmiş baş məşqçisi, italyan mütəxəssis Fabio Kapello hakimlərin “Barselona”ya köməyi ilə bağlı şübhələri əsassız saymır.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Kapello hesab edir ki, müvafiq şübhələr, “Barselona”nın daha əvvəl İspaniya Kral Futbol Federasiyası (RFEF) Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Neqreyraya bir neçə il müddətində mütəmadi ödənişlər etməsi mənzərəsində haqlı olaraq düşünməyə sövq edir.

Xatırladaq ki, Neqreyra 2001-2018-ci illərdə hakimlərə məsləhətləri müqabilində “Barselona”dan 7,5 milyon avro məbləğində ödəniş alıb. “Neqreyra işi” ümumən həllini tapsa da, bu məsələnin qara-qura tərəfləri haqda müxtəlif xəbərlər vaxtaşırı ortaya çıxır.

– Siz, “Real”ın, onlara qarşı “hakimlik tədbiri” aparıldığı haqda bəyanatını necə qəbul edirsiniz?
– Mən müvafiq xüsuslara inanmıram. “Real”a və eləcə də digər komandalara günlərin bir gözəl günündə zərər yetirirlər, digər bir gündə isə kömək edirlər. Bu, qərəzli bir xüsus deyil. Əgər biz hakimlərlə “Barselona” arasında baş vermişlərə nəzər salsaq, bu halda insanların şübhələri təbiidir. Yerdə qalanlar – sadəcə olaraq nəzəriyyələrdir. Amma bu hal ki, “Barselona” hakimlər komitəsinin vitse-prezidentinə ödəniş edib, bu, sübuta yetirilib.

–Sizin “Real”dakı iş dövrünüz Neqreyrara təxmin edilən ödənişlərlə eyni dövrə təsadüf edib. Siz nədənsə şübhələnmisinizmi?
– Yox, mən müvafiq bir xüsus haqda necə düşünə bilərəm? Belə bir şeyi kiminsə edəcəyi, mənim heç ağlıma belə, gəlməzdi.

– Siz, “Barselona”nın idman nöqteyi-nəzərindən cəzalandırılmadığına təəccüb edirsinizmi?
– Bəli, çox təəccübləndim ki, heç nə baş vermədi. Adətən ədalət məhkəməsi ləng tərpənir, bəs onda idman məhkəməsi nəyə gərəkdir? Bu, çox ciddi hadisədir və “Barselona”nın müvafiq haldan hər hansı cəza almadan qurtulması mənə aydın deyil. Mənim eynimə deyil, artıq neçə il keçib, baxmayaraq ki, elə də çox ötməyib…

Xatırladaq ki, bütün bu hay-küy mənzərəsində “Barselona” “Neqreyra işi”ndən üzüağ çıxıb, məhkəmə Kataloniya klubunun və “blauqrana”nın bu məsələ üzrə rüşvətdə ittiham edilən prezidenti Joan Laporta və ətrafının xeyrinə hökm verib. Halbuki təqsiri sübuta yetiriləcəyi halda “Barselona” sözügedən müddətdəki bütün qənimətlərindən məhrum edilə, klub isə aşağı liqaya göndərilə bilərdi.

Seçilən
14
arena.az

1Mənbələr