AZ

Daşnakların Paşinyanı devirə biləcəyi inandırıcı görünmür- ÖZƏL

"Terrorçu "Daşnaksütyun" partiyasının İrəvanda keçirilmiş 35-ci yığıncağında N.Paşinyan hakimiyyətini devirməyə yönəlmiş çağırışları birinci dəfə deyil. Belə fikirlər mütəmadi olaraq səslənib". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəimrli deyib: "Paşinyan situativ, sürüşkən mövqeyli siyasətçi olsa da, nəhayət anlayır ki, erməni xəstəliyi ölkəyə fəlakət gətirir. O, dəfələrlə çıxışında qeyd edib ki, tarixdən qurtulmaq  və reallığı dərk etmək lazımdır. Təbii ki, "Daşnaksütyun" partiyasının hədəfi terror, antitürk əhval-ruhiyyəsi, böyük erməni xülyalarıdır. Onların regiona gətirdikləri fəlakət, dinc azərbaycanlılara qarşı törədilmiş qırğınlar, soyqırımlar unudulmayacaq. Onu da unutmaq olmaz ki, xarici himayədarlarında  hər zaman dəstək alan  "Daşnaksütyun" partiyasının və digər terrorçu qrupların Ermənistanda sosial bazasının güclü olması mümkün deyil. Onların baş nazir Paşinyanı devirə biləcəyi inandırıcı görünmür. Erməninin yaxşısı yoxdur fikri həqiqətdir. Amma bunların içərisində mövcud reallığı azdan-çoxdan dərk edən, qonşularla  əməkdaşlıq etmək istəyən Paşinyan ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
olaylar.az

1Mənbələr