AZ

"Kəpəz"in yarımmüdafiəçisi Tacikistan millisinə çağırılıb

"Kəpəz"in yarımmüdafiəçisi Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün Tacikistan millisinə çağırılıb.

Bu barədə "Report"a Gəncə klubunun mətbuat xidmətindən məlumat verilib.

Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə mərhələsində Timor-Leste ilə qarşılaşacaq.

Hər iki görüş Düşənbə şəhərində baş tutacaq.

Seçilən
59
7
report.az

7Mənbələr