Nümayəndə heyəti şəhərin qərb hissəsində yerləşən və hücum nəticəsində zədələnmiş yaşayış binasına baxış keçirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, bu hücum ATƏT Baş katibinə Kiyev rejiminin mahiyyətini göstərmək üçün bir fürsətdir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 11-nə keçən gecə Rusiya ərazisi üzərində 337 Ukrayna PUA-sı vurulub. Onlardan 91-i Moskva vilayətində məhv edilib. Moskva meri Sergey Sobyanin paytaxt üzərinə edilən ən böyük PUA hücumunun hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edildiyini bildirib.
Hücum nəticəsində iki nəfər həlak olub, 10-dan çox insan yaralanıb. PUA-lar yaşayış binalarına və digər tikililərə ziyan vurub, avtomobillər yanıb. Rusiya İstintaq Komitəsi bu hücumu "terror aktı" kimi qiymətləndirərək cinayət işi açıb.