AZ

Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən balıqçılar saxlanıldı

Xəzər dənizi vasitəsi ilə Azərbaycana 10 kiloqramdan artıq narkotik keçirməkdə şübhəli bilinən balıqçılar saxlanılıb. 

 

Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. 

 

Qeyd olunub ki, DSX-nın Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanıb. 

 

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Seçilən
60
12
senzor.az

10Mənbələr