AZ

Yerli TV-lərin HD yayımı dayandırıb?

Audiovizual Şura yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib.

OLAY apa-ya istinadən yazır ki, bu barədə şuradan məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir:

“Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır.

Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Seçilən
58
16
olay.az

10Mənbələr