AZ

Emin Mahmudov millinin oyunlarında İŞTİRAK ETMƏYƏCƏK?

Misli Premyer Liqasının 26-cı turunun “Turan-Tovuz”a qarşı oyununu (1:1) zədə səbəbindən buraxan “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov bir neçə oyunu buraxmaq riski ilə üzləşib.

Bizim.Media xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həftə sonuna qədər sağalmasa, təkcə 27-ci turun “Səbail”lə qarşıdakı oyununu deyil, həm də Azərbaycan millisinin təlim-məşq toplanışını buraxmalı olacaq.

Belədə, onun Haiti (22 mart) və Belarus (25 mart) milliləri ilə yoldaşlıq görüşlərində oynamayacağı da dəqiqləşəcək.

Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr