AZ

1/8 finalın bu oyunu 1 dəqiqəlik sükutla başlayacaq

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” - “Benfika” cavab oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.

"Barselona" dünyasını dəyişəm həkimi Karles Minaro Qarsiyanın xatirəsini yad etmək üçün Avropanın ali futbol qurumuna müraciət ünvanlayıb. UEFA Kataloniya təmsilçisinin xahişini müsbət cavablandırıb.

Sözügedən görüş bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Komandalar arasında ilk oyunda "Barselona" 1:0 hesabı ilə qalib gəlib. 

Xatırladaq ki, Karles Minaro Qarsiya La Liqanın 27-ci turunda “Barselona” - “Osasuna” matçından əvvəl dünyasını dəyişib.


Telegram kanalımız
Seçilən
89
50
yenisabah.az

10Mənbələr