Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfərə gəlib.
Herbiand.az bu barədə TASS agentliyinə istinadən bildirir.
Məlumata görə, nümayəndə heyətinə Ukrayna Silahlı Qüvvələrinin bu gecə Vidnoye şəhərinə pilotsuz uçan aparatları ilə etdiyi hücumun nəticələri göstərilib. Onlar şəhərin qərb məhəlləsindəki evə dəymiş dağıntılara baxıblar.
Bəxtiyar CƏFƏRLİ