AZ

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə giriş məhdudlaşdırılıb

Bakı. Trend:

Naxçıvanda bir sıra qurumların internet səhifələrinə girişməhdudlaşdırılıb.

Trend bu barədə Muxtar Respublikanın Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyindən məlumat əldə edib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiqSərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının informasiyatəhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illərüçün Strategiyası”na əsasən ölkəmizdə informasiya təhlükəsizliyininvə kibertəhlükəsizliyin təmin olunması sahəsində zəruri tədbirlərgörülməkdədir.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyətgöstərən dövlət orqanlarında elektron xidmətlərdən istifadəninasanlaşdırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi vəqurumlarda informasiya təhlükəsizliyinin təmin edilməsiistiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bu tədbirlərin davamı olaraq Nazirliyin mütəxəssisləri və aidiyyətidövlət orqanları ilə birgə muxtar respublikada fəaliyyət göstərəndövlət qurumlarının internet informasiya ehtiyatlarının proqramtəminatının, dizaynının, informasiya təhlükəsizliyinin və fasiləsizfəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq qurumlarlamonitorinqlər aparılıb.

Qurumların informasiya ehtiyatının rəqəmsallaşdırılması vətexnoloji hazırlıq səviyyəsi ilə bağlı mövcud vəziyyət araşdırılıbvə nəticədə Nazirliyin hostinq sistemində yerləşən, o cümlədənAzərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2012-ci iltarixli Qərarındakı tələblərinə uyğun olmayan və SSL(təhlükəsizlik) sertifikatı mövcud olmayan 70-dən artıq veb-saytınfəaliyyəti ilə bağlı aidiyyəti qurumlara məlumatlar göndərilib.Həmçinin, Nazirlik tərəfindən muxtar respublikada informasiyatəhlükəsizliyi tələblərinə cavab verməyən dövlət orqanlarının rəsmiinternet səhifələrinə girişlər mərhələli şəkildəməhdudlaşdırılıb.

Bunlarla yanaşı, 40-dan artıq qurumun rəsmi internet səhifəsiisə tələblərə uyğunlaşdırılaraq “AzStateNet” hostinq zonasındayerləşdirilib, eləcə də, qurumların domen ünvanları da müvafiqqaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresləri ilətəmin edilir.

Qeyd edək ki, monitorinqlər “Azərbaycan Respublikası dövlətorqanlarının internet informasiya ehtiyatlarının və elektron poçtünvanlarının təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı AzərbaycanRespublikası Prezidentinin müvafiq Fərmanına əsasən dövlətorqanları internet informasiya ehtiyatlarını və elektron poçtünvanlarının Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidmətinin xüsusi qorunan Data Mərkəzindəyerləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04sentyabr 2012-ci il tarixli Qərarındakı tələblərə uyğunaparılır.

Seçilən
28
4
az.trend.az

5Mənbələr