Peskov: Rusiyaya qarşı proksi müharibə aparılır
Rusiyaya qarşı kvazi və proksi müharibə aparılır.
aia.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Prezidentin mətbuat katibi Dmitri Peskov "Müasir media: imkanlar, çağırışlar, təhdidlər" adlı I Ümumrusiya elmi-praktik konfransında çıxışı zamanı bildirib.
"Müharibə gedir. Ölkəmizə qarşı kvazi-müharibə, proksi-müharibə aparılır. Necə istəyirsinizsə adlandırın, amma o gedir", - D.Peskov qeyd edib.
aia.az