Ukraynadakı xarici silahların həcmi ABŞ-ın hərbi yardımı dayandırıldıqdan sonra da Kiyevin uzun aylar ərzində döyüşləri davam etdirməsi üçün kifayət edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“O qədər silah gətirilib ki, tədarük dayandırıldıqdan sonra belə, ukraynalıların döyüşmək üçün hələ çox, çox ayları olacaq”, – Rusiya prezidentinin mətbuat katibi bildirib.
ABŞ prezidenti Donald Tramp martın 4-də Ukraynaya bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Təchizatların dondurulması qərarı bir gün əvvəl Ağ Evdə Trampla Ukrayna lideri Vladimir Zelenski arasında baş verən mübahisə fonunda qəbul edilib.
Bundan əvvəl Peskov ABŞ-ın Kiyevə yardımını dayandırmasını müsbət qiymətləndirib. O vurğulayıb ki, Moskva Ukraynadakı münaqişənin həlli istiqamətində istənilən səyləri alqışlayır.