AZ

NAZİRDƏN YENİ TƏYİNAT - Generalın yerinə polkovnik Hüseynovu təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

“AzPolitika" "manset.az"-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib.

Seçilən
110
28
azpolitika.info

10Mənbələr